Modern.az

Sabahın hava PROQNOZU: 41 dərəcə isti

Sabahın hava PROQNOZU: 41 dərəcə isti

18 Avqust 2015, 13:07


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, avqustun 19-da Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq, lakin axşam doğru buludluluq artacaq. Cənub küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti proqnozlaşdırılır.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama