Ermənistan hökuməti qondarma Dağlıq Qarabağ “hökuməti”nə 9 milyard 600 milyon dram (indiki kursla 20,1 milyon dollar) kredit verəcək.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu haqda qərar Ermənistan Nazirlər Kabinetinin avqustun 18-də keçirilən iclasında qəbul edilib.
Maliyyə nazirinin müavini Armen Alaverdyan bəyan edib ki, vəsait 2020-ci il sentyabrın 10-dək qaytarılmaq şərti ilə 2015-ci ilin üçüncü rübündə veriləcək. Kreditin qaytarılmasına bu ilin dekabr ayından başlanılacaq.Modern.az