Bir müddət öncə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsindən gedən akademik Tofiq Hacıyevi Möhsün Nağısoylu əvəzlədi.
Modern.az-ın məlumatına görə, akademiyanın həqiqi üzvü olan alimin hazırda çalışdığı yer isə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin türkologiya kafedrasıdır. Tofiq Hacıyev həmin kafedraya rəhbərlik edir.
Bakı Dövlət Universitetinin yenilənmiş rəsmi internet saytında da Tofiq Hacıyev türkologiya kafedrasının müdiri kimi göstərilib. Maraqlısı budur ki, institutdan kənarlaşdırılan alim AMEA-nın rəsmi saytında hələ də Dilçilik İnstitutunun direktoru kimi göstərilib.
Elmin NURİ