Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşı Akbari Meisam Feizollah oğlunun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Modern.az saytına verilən məlumata görə şəxsi yoxlama zamanı onun üzərindən, ümumi xalis çəkisi 2,40 qram olan narkotik vasitə - həşiş qətranı, xalis çəkisi 0,641 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 0,330 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir.
Modern.az