Modern.az

SOCAR büdcəyə ödənişi azaltdı

 SOCAR büdcəyə ödənişi azaltdı

18 Avqust 2015, 21:55

 

Modern.az Dövlət Neft Şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) dövlət büdcəsinə 874,26 milyon manat həcmində ödəniş həyata keçirib.

Bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 243,35 milyon manat (21,77 faiz) azdır.  Bu ilin yanvar-iyul aylarında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 80,96 milyon manat vəsait ödəyib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 3,04 faiz azdır.

     
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama