Türkiyənin “Fənərbaxça” FK-nun “Ulduz” holdinqlə sponsorluq razılaşmasından sonra Şükrü Saracoğlu stadionunun yeni adı bəlli olub.
Modern.az xəbər verir ki, “Fənərbaxça”nın stadionu bundan sonra “Ülkər Stadionu Şükrü Saraçoğlu İdman Kompleksi” adlanacaq.
“Ulduz” holdinqlə bağlanan 10 illik razılaşma nəticəsində “Fənərbaxça” bu razılaşmadan 90 milyon dollar qazanacaq. Bu anlaşma ilə təxminən, 15 ildir qısaca “Şükrü Saraçoğlu” adlanan stadion “Ülkər Stadionu” olacaq.