İsmayıllı rayonunda yanğın baş verib.
FHN-dən verilən məlumata görə, rayonun Tircan kəndində (rayon mərkəzindən 38 km aralı) Şahdağ Milli Parkına məxsus ərazidə 4 ha sahədə ağaclar və kol-kos yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az