Modern.az xəbər verir ki, Rusiyanın “Rostek” şirkəti yeni pilotsuz təyyarə hazırlayıb.
“Çirok” (Palçıq ördəyi) adı verilən bu təyyarə bir çox üstünlükləri ilə seçilir. Həm pilotlu, həm də pilotsuz istifadə edilə bilən təyyarələr kəşfiyyat məlumatları toplama, müşahidə və yük daşıma kimi vacib funksiyalara malikdir.
“Çirok” bomba, yaxud mərmi ilə təchiz olunaraq hərbi məqsədlər üçün də istifadə edilə bilər. Təyyarənin xaricində istifadə edilən süni kimyəvi maddələr hesabına digər hava vasitələri tərəfindən görülməsi az qala qeyri-mümkün olan “Çirok”un “səssizliyi” diqqət çəkən xüsusiyyətlərindən biridir.
Kələ-kötür, qarla örtülü, ya da bataqlıq sahələrdən asanlıqla keçə bilən təyyarənin istehsalına 2016-cı ildən start veriləcək. (Axar.az)
Modern.az