Modern.az

65 Yəmən hərbçisi güllələndi

 65 Yəmən hərbçisi güllələndi

18 Avqust 2015, 23:30


Modern.az xarici KİV-ə istinadən verdiyi məlumata görə, Yəmən ordusunun 65 hərbi qulluqçusu üsyançı husilərin qurduğu pusquya düşərək həlak olub. Atışma Yəmənin cənubundakı Aqaba Tara bölgəsində baş verib. 

Şiddətli döyüş zamanı 15 nəfər itirən husilər həmçinin Yəmən ordusuna məxsus 8 zirehli maşını və 4 tankı məhv ediblər.

Bundan başqa məlumatda bildirilir ki, Yəmən hökumət qoşunları ölkənin bütün cənub əyalətlərini nəzarət altına alaraq şimala doğru irəliləyirlər.

Qeyd edək ki, Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarəti altındadır.  

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama