Modern.az

600-dən çox sərhədçiyə güzəştli ipoteka şərtləri ilə mənzil veriləcək

 600-dən çox sərhədçiyə güzəştli ipoteka şərtləri ilə mənzil veriləcək

Təhsil

19 Avqust 2015, 00:09

Modern.az xəbər verir ki, İlham Əliyevin tapşırığı ilə 2013-cü ildə Bakı şəhərinin Xətai rayonu ərazisində 4 binadan ibarət yaşayış şəhərciyinin tikintisi başlanılıb və cari ildə inşaat işləri başa çatdırılıb. Yaxın müddətdə həmin şəhərcikdə 600-dən artıq mənzilin güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarına verilməsi nəzərdə tutulub.

Bu barədə məlumat verən Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev bildirib ki, dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri nəticəsində ötən il 208 binadan ibarət 48 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilib, 342 xidməti mənzil istifadəyə verilib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama