Modern.az xəbər verir ki, Rusiya coğrafi cəmiyyətinin ekspedisiyalarında iştirak edən Rusiya prezidenti Vladimir Putin batiskaf vasitəsilə Qara dənizin 80 metr dərinliyinə enib.
Rusiya KİV-nin məlumatına görə, Putin dənizin dibində 10-11-ci əsrlərə aid olan, Kiyev Rusiyası və Bizans münasibətlərinin inkişafından xəbər verən gəmi gördüyünü bildirib. Prezidentin bu səfərinin məqsədi ictimaiyyəti öz ölkəsinin tarixini öyrənməyə, nə isə yeni bir məlumat toplamağa çağırmaqdır.
Bənzər aksiyanı Putin hələ 2011-ci ildə həyata keçirmişdi. O, Taman körfəzində antik şəhər olan Fanaqoriyaya baş çəkmişdi.
Qeyd edək ki, BTQ dəmiryol xətti layihəsi 68 km-i Türkiyə ərazisindən, 30 km-i Gürcüstan ərazisindən, həmçinin Gürcüstanda Tbilisi-Axalkalakidə 183 km sahənin rekonstruksiyası daxil olmaqla 98 km uzunluqda Qars-Axalkalaki dəmir yolunun tikintisini nəzərdə tutur.