Modern.az

Davudoğlu hökumət qura bilmədi, missiyasını Ərdoğana verdi

Davudoğlu hökumət qura bilmədi, missiyasını Ərdoğana verdi

19 Avqust 2015, 09:09


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri,  baş nazir Əhməd Davudoğlu yeni koalisiya hökumətinin qurulması ilə bağlı iyulun 9-da aldığı səlahiyyəti  prezident Rəcəb Tayyib Ərdoğana təhvil verib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  avqustun 18-də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Əhməd Davudoğlu yeni hökuməti formalaşdıra bilməməsi barədə dövlət başçısına məlumat verib.

Daha öncə, Türkiyənin Ali Seçki Şurası (YSK) seçkilərlə bağlı qərar qəbul edib. Qərara əsasən, seçkilərin keçirilməsinə üç aylıq hazırlıq müddəti azaldıla bilər.

Məlumat üçün bildirək ki, Əhməd Davudoğlunun koalisiya hökuməti qurmaq üçün Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə apardığı danışıqlar nəticəsiz qalıb.

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama