Modern.az

Bir çox rayonlarda qaz kəsiləcək

Bir çox rayonlarda qaz kəsiləcək

Təhsil

19 Avqust 2015, 09:47


Masallı, Şəmkir, Qaradağ rayonlarının və Yeni Gəncə qəsəbəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumata görə, yaranmış qaz sızmalarının aradan qaldırılması, diametri 273 mm-lik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış tənzimləyici qurğunun yerinin dəyişdirilməsi, yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz tənzimləyici qurğunun diametri 325mm-lik qaz xəttinin üzərində quraşdırılması ilə əlaqədar 19 avqust 2015-ci il tarixdə saat 0900-dan 1800-dək Masallı, Şəmkir, Qaradağ rayonlarının və Yeni Gəncə qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.  

Modern.az  

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama