Modern.az

İslam Partiyası qərar verə bilmir

İslam Partiyası qərar verə bilmir

19 Avqust 2015, 13:58


“Azərbaycan İslam Partiyasının parlament seçkilərində iştirak edib-etməyəcəyi bilinmir. Partiyamızın müvafiq strukturlarında müzakirə apardıqdan sonra bu haqda qərar qəbul ediləcək”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov bildirib.  O deyib ki, yaxın zamanda partiyanın ali orqanı olan Baş Məclisi çağırıb parlament seçkilərini müzakirə edəcəklər.

"İclasda partiyanın seçkilərdə iştirakı ilə bağlı bütün məsələlər müzakirə olunacaq. Partiya seçkidə öz namizədləri ilə iştirak edə bilər. Bu olmasa, hansısa başqa partiyanın namizədini dəstəkləyə bilər”.  

Qeyd edək ki, İslam Partiyasının sədri Mövsüm Səmədov həbsdədir.  

Vüsalə Qəzənfərqızı  

 
Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...