Modern.az

AXCP-dən Razi Nurullayevin iddiasına CAVAB

AXCP-dən Razi Nurullayevin iddiasına CAVAB

19 Avqust 2015, 14:18


AXCP sədrinin keçmiş müavini Razi Nurullayev keçmiş cəbhəçilərin daxil olduğu yeni partiya yaratdıqlarını elan edib. 

“Biz AXCP adına iddia edirik və hesab edirik ki, oradakı cəbhəçiləri də öz yanımza gətirəcəyik. Danışıqlar aparılır və AXCP üzvləri də bizi dəstəkləyir.

Ya Əli Kərimli partiyadan gedəcək və ya da biz Ədliyyə Nazirliyinə müraciət edib hüquqi təmsilçilik uğrunda mübarizə aparacağıq”,-deyə Razi Nurullayev qeyd edib.

AXCP Ali Məclisinin sədri  Həsən Kərimov Modern.az-a açıqlamasında Razi Nurullayevin iddiasının cəfəngiyyat olduğunu bildirib.

Həsən Kərimov deyib ki, AXCP 1995-ci ildə rəsmi sürətdə Ədliyyə Nazirliyindən partiya kimi qeydiyyatdan keçib və mövcud hakimiyyət də bunu partiya kimi tanıyır. 

"Razi Nurullayevin dedikləri əsassız və absurddur. Hamı Əli Kərimlinin rəhbəlik etdiyi partiyanı tanıyır",-deyə Həsən Kərimov söyləyib. 

Vüsalə Qəzənfərqızı 


Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...