Modern.az

“Bu siyahıda həmin şəxslərin mobil nömrələri çatışmırdı”

“Bu siyahıda  həmin şəxslərin mobil nömrələri çatışmırdı”

19 Avqust 2015, 14:52


“Yenidən açıq mətbuatda ordumuzla bağlı məlumatların dərc edilməsi dalğası başlayıb. Bugünlərdə Azərbaycan Müdafiə Nazirliyində bəzi idarə rəislərinin işdən çıxarılması haqqında xəbərlər yayıldı.

Açıq mətbuatda idarələrin tam adları, rəhbərlərinin hərbi rütbəsi və tam ad və soyadları göstərilməklə siyahı dərc edildi. Bu siyahıda bircə həmin şəxslərin ev ünvanları və mobil telefon nömrələri çatışmırdı”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib. Deputat qeyd edib ki,  paralamentdə Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavinidir, həmin idarələrin tam adlarını, mövcudluğnu və rəhbərlərinin tam adlarını birinci dəfədir ancaq bu xəbərlərdən oxuyub.  

“Hesab edirəm ki, hərblə bağlı belə tam və müfəssəl məlumatların yayılması hərbi sirrin yayılmasıdır və birbaşa düşmənin maraqlarına xidmət edir.

Ermənistan müəyyən dövlət orqanlarının Azərbaycanın bəzi saytlarının məlumatlarına gündəlik izləməsi kifayətdir ki, istədikləri məlumatları əldə etsinlər.

Bu məsələdə məsuliyyət məsləsinin güclənməsinin tərəfdarıyam. Azərbaycan qonşu Ermənistanla müharibə vəziyyətindədir və düşmən o ziyan vurmaq, problemləri çoxaltmaq üçün bütün imkanlardan istifadə edir.

Bu vəziyyətdə hərbi nazirliyimizlə bağlı spesifik məlumatların və təsdiqlənməmiş informasiyanın yayılması çox təhlükəlidir.  

Ona görə belə həssas məsələdə mətbuat da ehtiyatı olmalı, hətta hansısa bir hərbi xarakterli məlumata malik olsa da, onun yaylmasının ölkəmizə hansı zərər vuacağının məsuliyyəyini düşünməlidirlər. Ötən il bununla bağlı ölkə mətbuatında xeyli müzakirələr getdi və milli mətbuatımız hərbi məsələdə ümumi bir mövqedən çıxış etməyə başladı.  

Ancaq görünür son günlər hansısa KİV-lər sensasiya və ucuz şöhrət naminə yenədən hərbi xarakterli məlumatlar yaymağa başlayıblar”.

Modern.az

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...