Modern.az

19 mindən çox abituriyent qeydiyyatdan keçib

19 mindən çox abituriyent qeydiyyatdan keçib

19 Avqust 2015, 16:34


Bu il ali məktəblərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, bu gün saat 16:00-a qədər ali təhsil müəssisələrinə qəbul olan 32279 abituriyentdən 19360 nəfəri qəbul olduqları universitetlərdə qeydiyyatdan keçib. Bu isə ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin 60 faizi  deməkdir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olanlar avqustun 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 


Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Aytən ZƏHRA

 
Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...