Türkiyəni iki yerə ayıran Bosfor boğazı üzərindəki məşhur İstanbul körpüsü dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qalıb. Moderin.az saytı tütk mətbuatına istinadən xəbər verir ki, 32-ci Qitələrarası İstanbul Avrasiya Marafonu sırasında təhlükəli anlar yaşanıb.
Böyükşəhər Bələdiyyə başcısı Qədr Topbasın start verdiyi Marafonu ilk olaraq əlil idmancılar başlayıb, 15 dəqiqə sonra professional atletlər yarışa qatılıb.
Yarışa qatılan təxminən 120 min adam Avropa qitəsinə kecmək ücün İstanbul körpüsünə axın edib. Bu sırada körpü yellənməyə başlayıb, körpünün üzərindəki işıqlandırma lampalarının olduğu dirəklər də sallanıb.
Yellənən körpü və işıq dirəkləri insanlar arasında caxnaşmaya səbəb olub. Hətta Avropa qitəsi tərəfindən bir dirəkdə cat da meydana gəlib.
Ekspertlər hesab edir ki, hadisənin baş verməsinin səbəbi, “rezonans” adlanan titrəyişdir. ”Böyük bir təhlükə sovuşdu, körpü darmadağın ola bilərdi ”-deyə ekspertlər qeyd ediblər.