Ölkəmizdə popular olan Türkiyənin “O səs Türkiyə” və Rusiyanın “Səs” şoularından sonra çox gözlənilən an gəlib çatdı – dünyanın məhşur “The Voice” musiqi layihəsi rəsmi olaraq Azərbaycana gəldi. “Səs” Azərbaycan layihəsi AzTv telekanalında yayımlanacaq!. Qeydyyat turu başlayandan bəri artıq 1500-dən artıq iştirakçı öz ərizələrini www.thevoie.az veb səhifəsində qeydiyyatdan keçirib. Qey edək ki, qeydyyat hələ davam edir.
Ölkənin ən gözəl səsini tapmaq üçün “Səs Azərbaycan” heyəti bölgələrə səfər edəcək. Möhtəşəm tur avqustun 23-dən sentyabrın 1-nə dək davam edəcək. Bu vaxt ərzində 10 şəhərdən 300-dən artıq iştirakçı qeydyyatdan keçirmək planlaşdırılıb. Bu təşəbbüs hansı sa bir səbəbdən saytda onlayn şəkilində ərizə göndərə bilmiyənlər üçün fürsətdir. Sizin şəhər üçün seçilmiş tarixi öyrənin və kastinglərə qoşulmağı unutmayın!
Şəhərlər üçün müəyyən olunmuş tarixlərin siyahısı aşağıdakı kimidir.
23 avqust – Lənkaran
24 avqust – Şırvan
25 avqust – Gəncə
26 avqust – Tovuz
27 avqust – Mingəçevir
28 avqust - Yevlax
29 avqust – Şəki
30 avqust – Qəbələ
31 sentyabr – Quba
1 sentyabr - Sumqait
Əlavə məlumat əldə etmək üçün 012 492 27 27 qaynar xətti də mövcuddur.
Modern.az