Modern.az

Azay Quliyev “Qarabağ” QHT Koalisiyasının üzvləri ilə görüşüb

 Azay Quliyev “Qarabağ” QHT Koalisiyasının üzvləri ilə görüşüb

19 Avqust 2015, 20:47

 

Modern.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev “Qarabağ” QHT Koalisiyasına daxil olan qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşdü.  A.Quliyev görüşü açaraq bildirdi ki, Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün həm milli, həm də   beynəlxalq müstəvidə öz fəaliyyətini gücləndirməkdə davam edir. Şura sədri vurğulayıb ki, cənab Prezident İlham Əliyev QHT-lərə dövlət dəstəyinin əsas istiqamətlərini müəyyən edən zaman Dağlıq Qarabağ mövzusunu ən prioritet mövzu kimi  təsdiq edibdir: "Məhz bunun nəticəsidir ki, bu mövzuda QHT-lər  indiyədək Şuranın yardımı ilə ümumi maliyyə dəyəri 2 milyon 100 min manatdan artıq olan 141 layihə  icra ediblər".

A.Quliyev bildirib ki, Şura beynəlxalq aləmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin möhkəmləndirmək  və Ermənistanın işğalçı mahiyyətini ifşa etmək məqsədilə  xarici ölkə QHT-lərinə qrant müsabiqəsi elan etmiş və onların bu istiqamətdə layihə təkliflərini dəstəkləybdir.

A.Quliyev şəhid ailələri və müharibə veteranlarının sosial qayğılarının həllinə ictimai dəstəyin daim gücləndirilməsində “Qarabağ” QHT Koalisiyasına daxil olan təşkilatların uğurlu fəaliyyətini vurğulayaraq demişdir ki, indiyə qədər bu yöndə QHT-lərin təklif etdiyi bütün layihələr Şura tərəfindən dəstəklənmiş, heç bir təklif diqqətdən kənarda qalmayıbdır. Azərbaycan hökumətinin şəhid ailələrinə, Qarabağ qazilərinə, onların ailələrinə diqqət və qayğısının təzahürü
olan bu dəstəyin hər zaman davam edəcəyini söyləyən A.Quliyev "Qarabağ" QHT Koalisiyasının Resurs və İnformasiya Mərkəzinin yaradılması təklifinə Şurada baxılacağını bildirib.

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...