Modern.az

Patrul rəisi təyin olunan çavuş ilk iş günündə soyğuna məruz qaldı

Patrul rəisi təyin olunan çavuş  ilk iş günündə soyğuna məruz qaldı

21 Avqust 2015, 10:59

 

Ukrayna daxili işlər naziri Arsen Avakovun sərəncamı ilə 26 yaşlı polis çavuşu Yuri Zozuli ölkənin qərbində ən böyük şəhər olan Lvovun patrul polisinin rəisi təyin olunub.

Modern.az Ukrayna KİV-nə istinadla xəbər verir ki, vəzifəyə yenicə təyin olunmuş Zozuli oğruların qurbanına çevrilib. Belə ki, yeni patrul rəisinin şəxsi maşınına hücum edən soyğunçular oradan 2 noutbuk və patrul rəsinin şəxsi sənədləri olan qovluğu oğurlayıblar.

Xatırladaq ki, 2015-ci il iyulun 3-dən Ukraynada patrul polisi həm də yol polisinin funksiyalarını icra edir.  

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal