Modern.az

Səudiyyə Ərəbistanda qadınlar ilk dəfə səs verəcəklər

Səudiyyə Ərəbistanda qadınlar ilk dəfə səs verəcəklər

21 Avqust 2015, 11:57


Dünyada qadınlara qarşı ən sərt qayda-qanunların tətbiq edildiyi Səudiyyə Ərəbistanda keçiriləcək yerli seçkilərdə qadınlar ilk dəfə səs verəcək və namizədliklərini irəli sürəcəklər.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə bu il reallaşacaq yerli seçkilər üçün 21 günlük qeydiyyat müddəti artıq başlayıb.

Qadınlar seçkidə namizəd olmaq üçün bir-biri ilə yarışırlar. Jamal əl-Saadi və Safinaz əl-Shamat adlı qadınlar bazar günü Məkkə və Mədinədə açılan seçki ofislərinə müraciət edən ilk namizədlər olub.

Səudiyyə Ərəbistanı rəsmiləri qadınların seçkidə iştirakının cəmiyyətdə əsaslı dəyişikliklər yaradacağına inandıqlarını bildiriblər.

Vüsalə Qəzənfərqızı  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal