Modern.az

Mingəçevirdə qadın ilan sancmasından öldü

Mingəçevirdə qadın ilan sancmasından öldü

21 Avqust 2015, 12:05


Mingəçevirdə qadın ilan sancmasından vəfat edib. "Report" xəbər verir ki, Mingəçevir sakini, şəhərin Samux küçəsi mənzil 8-də yaşayan 28 yaşlı Səyalə Sergey qızı Quliyevanı ilan sancıb və o Mingəçevir Şəhər Xəstəxanasına gətirilib. 

Vəziyyəti ağır olan Səyalə Quliyevanı xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. İlan 1987-ci il təvəllüdlü S.Quliyevanı yatdığı vəziyyətdə sancıb.(Report.az)  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal