Modern.az

Kim Kardaşyanın mühafizəçisi Yerevanda döyüldü - FOTO

Kim Kardaşyanın mühafizəçisi Yerevanda döyüldü - FOTO

21 Avqust 2015, 14:25


Ermənistanda fəaliyyət göstərən ən iri mühafizə xidmətlərindən olan “Pantera”nın növbə rəisi Varazdat Xoçanyan döyülüb.

Modern.az xəbər verir ki, amerikalı realiti şou ulduzu Kim Kardaşyanın Ermənistan səfəri zamanı onun təhlükəsizliyini təmin edən Xoçanyan Yerevanın Alek Manukyan küçəsində yerləşən “Mus-kafe”də baş verib.

Tanınmış mühafizəçi Yerevanın keçmiş polis rəisinin oğlu və daha 6 nəfərin hücumuna məruz qalıb və xüsusən, baş nahiyəsindən ağır xəsarətlər alıb. Hazırda Varazdat Xoçayan reanimasiyaya yerləşdirilib.


Vüqar İsmayılov     

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal