Modern.az

Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir

Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir

21 Avqust 2015, 17:06


Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri “TurAz Qartalı - 2015” birgə taktiki təlimlərinə hazırlıq məqsədilə planlı təlim-məşq uçuşları həyata keçirir.

Müdafiə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin uçuş, mühəndis-texniki heyəti, o cümlədən bort və yerüstü xidmətlərin mütəxəssislərinin iştirakı ilə keçirilən məşqlərdə aviasiya vasitələri şərti hava döyüşlərini imitasiya etməklə müxtəlif manevrlər və bir sıra xüsusi tapşırıqları yerinə yetirir, şəxsi heyətin təlim-döyüş təcrübəsi üzrə vərdiş və bacarıqlarını təkmilləşdirirlər.

Təlim-məşqlərdə pilotlar hərəkət edən və hərəkətsiz yerüstü hədəfləri, müxtəlif obyektləri, şərti düşmənin zirehli texnikası, helikopteri, aşağı hündürlükdə və zəif sürətlə uçan hava aparatlarının aşkar edilməsi və tanınması tapşırıqlarını da icra edirlər.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal