İyulun 22-dən avqustun 20-nə qədər Türkiyə təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində PKK-nın 771 üzvü məhv edilib.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, 430 terrorçu PKK-nın İraqın şimalındakı sığınacaqlarının bombalanması zamanı ölüb. 450-dən çox yaraqlı isə müxtəlif əməliyyatlar zamanı yaralanıb.
Məlumatda qeyd edilir ki, 260 PKK üzvü Türkiyə ərazisində məhv edilib, 250-dən çoxu isə yaralanıb. Şirnak əyalətində təkcə avqustun 20-də 18 terrorçunun öldürüldüyü də bildirilir.Modern.az