Modern.az

Arda Turanın “Barselona”dakı qazancı dəqiqləşdi

Arda Turanın “Barselona”dakı qazancı dəqiqləşdi

21 Avqust 2015, 17:30


Türkiyə futbolunun Avropadakı ən tanınmış təmsilçisi Arda Turanın yeni transfer olunduğu “Barselona” klubundakı illik maaşı müəyyənləşib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Qalatasaray”ın keçmiş yarımmüdafiəçisinin müqaviləyə əsasən illik gəliri 8 milyon avro olacaq. Lakin İspaniyanın vergi məcəlləsinə görə bir milyondan çox gəliri olan futbolçu həmin gəlirin 50 faizini vergi verməlidir. Bu səbəbdən Ardanın gəliri iki dəfə azaldacaq.

“Barselona” İspaniya çempionu olarsa, futbolçuya əlavə 1 milyon avro mükafat veriləcək.

O, Kataloniya klubunun heyətində mövsüm boyu keçiriləcək oyunların 60 faizindən çoxunda iştirak edərsə, onda türk futbolçuya əlavə 1 milyon da veriləcək. Beləliklə, maksimum 6 milyon avro qazana biləcək Arda Turan Messi, Neymar, Suares və İniestadan xeyli az maaş alacaq və əlavə mükafatlar da qazanmayacaq.  

Elmin NURİ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal