Modern az-ın məlumatına görə, Çinin şimalında Sinxua şəhərində kimya zavodunda güclü yanğın baş verib. Ölü və yaralılar haqqında heç bir məlumat yoxdur. Partlayış yerli vaxtla saat 9 radələrində baş verib.
Hökümət rəsmiləri insanları hadisə baş verən yerdən evakuasiya ediblər. Hadisə yerinə xilasedicilər cəlb olunublar. Hadisənin baş vermə səbələri araşdırılır.
Onu da xatırladaq ki, Çində bundan əvvəl də güclü partlayış baş vermişdi.
Avqustun 12-də Çinin Tyanjin şəhərində baş vermiş iki böyük dəhşətli partlayış nəticəsində 17 nəfər ölüb, 400 dən çox insan yaralanıb.