Avqustun 23-də yerli vaxtla səhər saat 4:10-da Sankt-Peterburqun Nevski rayonunun hüquq-mühafizə orqanlarına mağazalardan birində kassir işləyən 41 yaşlı qadın müraciət edib. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Azərbaycan vətəndaşı olan qadın deyib ki, avqustun 22-də saat 21:30-da onların evinə üç kişi gəlib fiziki güc tətbiq etməklə 20 yaşlı qızını VAZ-2114 markalı avtomobilə oturdaraq naməlum istiqamətə aparıblar.
Qadın ehtimal edir ki, qızını Moskva sakin olan 24 yaşlı nişanlısı qaçırıb. Qızın qaçırıldığı avtomobilin də onun dostlarından birinə məxsus olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Modern.az