Yaponiyada ABŞ hərbi bazasında güclü partlayış baş verib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, partlayış barəda xəbəri “Channel 1” telekanalının jurnalisti öz “Twitter” səhifəsində paylaşıb.
Jurnalist xəbərlə bərabər partlayışın şəkillərini və videosunu da yayıb.Məlumata əsasən, hadisə Yaponiyanın Saqamixara şəhərində ABŞ-a məxsus hərbi bazada baş verib.
Partlayış hərbi bazanın texniki təchizat anbarlarından birində olub.
Modern.az