Azərbaycan məmurlarının mövcud - külli miqdarda vəsait sərf edərək təyyarələrdə biznes-klasda uçmaq ənənəsinin ziddinə olaraq Milli Məclisin Sosial –Siyasət Komitəsinin sədri Hadi Rəcəbli İstanbula “ekonom-klas”da uçub.
Deputat Hadi Rəcəbli iyulun 13-də İstanbula, iyulun 17-də isə oradan Bakıya məhz “ekonom-klas”da uçub. Bununla H.Rəcəbli məmurları bir növ sadə həyat tərzi keçirməyə və vergi ödəyicilərinin vəsaitini havayı yerə xərcləməməyə çağırıb.Yeri gəlmişkən, deputatın bu addımı sərnişinlərin də diqqətini çəkib.
Ən azı ona görə ki, onlar bu cür davranışla demək olar ki, rastlaşmırlar. Bundan başqa, H.Rəcəblinin bu addımı onun seçiciləri tərəfindən də simpatiya ilə qarşılanıb.
Sonda onu da qeyd edək ki, H.Rəcəbli qarşıdakı seçkilərdə də namizədliyini irəli sürəcək. (Virtualaz.org)