Modern.az

İTV-də “ulduzlu axşam”: İsa Qəmbər, Etibar Hüseynov, Nemət Pənahlı, Əli Əliyev üz-üzə..

İTV-də “ulduzlu axşam”: İsa Qəmbər, Etibar Hüseynov, Nemət Pənahlı, Əli Əliyev üz-üzə..

19 Oktyabr 2010, 11:11

Bu gün İctimai TV-də parlament seçkiləri ilə bağlı təşkil edilmiş debatlarda iştirak etmək üçün 40 saylı Kəpəz (Gəncə) ikinci seçki dairəsindən, 15 saylı Yasamal birinci, 103 saylı Gədəbəy seçki dairəsi, 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə qeydiyatdan alınmış namizədlər efirdə olacaqlar. 

Modern.az-ın məlumatına görə, bu günkü efirin “favoriti” 15 saylı Yasamal birinci seçki dairəsi olacaq. Canlı efirdə Yasamal seçki dairəsindən Müsavat başqanı İsa Qəmbər, VİP sədri Əli Əliyev,  “Lider TV”-dən Etibar Hüseynov, AMİP sədrinin müavini Elşən Mustafayev, “Azadlıq aşiqi” Nemət Pənahlı, mərhum Əbülfəz Elçibəyin keçmiş köməkçisi Ülvi Həkimov, hakim partiyanın namizədi, İctimai-Siyasi Unversitetin rektoru Rasim Nəbiyev olacaq.

40 saylı Kəpəz seçki dairəsindən isə “İnsan Naminə”, “İslahat”, “Qarabağ” blokundan, KXCP, DADP namizədləri olacaq. 

İTV-də həmçinin 103 saylı Gədəbəy və 111 saylı Zaqatala-Balakən seçki dairəsindən qeydə alınmış namizədlər də çıxış edəcək. Bunların içində tanınmışlardan keçmiş millət vəkili Nizami Quliyev,  hazırkı deputatlar Dünyamin Xəlilov, Musa Quliyev də var.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular