Modern.az

Bakıda səfirin xanımı qəzaya düşdü

Bakıda səfirin xanımı qəzaya düşdü

Təhsil

24 Avqust 2015, 10:47


Çexiyanın Azərbaycandakı səfirinin həyat yoldaşı Bakının Nərimanov rayonu ərazisində yol qəzasına düşüb. 

Modern.az xəbər verir ki, bu barədə “Report”a Nərimanov Rayon Polis İdarəsindən bildirilib. Hadisə Təbriz küçəsində baş verib. Belə ki, səfirin həyat yoldaşı 39 yaşlı Monika Pivonkanın olduğu “Mercedes” markalı avtomobil “Nissan” markalı maşınla toqquşub. M.Pivankonun olduğu avtomobil səfirliyə məxsusdur.  

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobil əzilib.

Faktla bağlı araşdırma aparılır.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal