“Müayinə üçün üç aydan bir Türkiyəyə gedirəm. Hələ ki yaxşıyam, ciddi fəsadlar yoxdur”.
Bunu Modern.az saytına ötən il səhhətində ciddi problem yaranan tanınmış diktor, xalq artisti Rafiq Hüseynov bildirib.
Ağciyər xərçəngindən əziyyət çəkən Rafiq Hüseynov 2014-cü ildə bir neçə dəfə Türkiyədə əməliyyat olunub. Hazırda səhhəti yaxşı olan diktor işə də çıxır: “Bəli, mütəmadi olaraq işə çıxıram. Bu dəqiqə də işdəyəm”.Elmin NURİ