Modern.az

Müxalifətin əsas lideri həbs olundu

Müxalifətin əsas lideri həbs olundu

26 Avqust 2015, 16:04

 

Rusiya müxalifətinin əsas liderlərindən olan İlya Yaşin həbs olunub. Modern.az rusiyalı blogger Alkesey Navalnının “Twitter” səhifəsinə istinadən xəbər verir ki, “PARNAS” partiyasından Kostroma vilayəti üzrə Rusiya Dövlət Dumasına namizəd olan İlya Yaşin seçiciləri ilə görüş zamanı yaxalanıb. Onun saxlanılmasında Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliklərinin əməkdaşları birgə iştirak ediblər.

İlya Yaşin Moskvada qətlə yetirilən müxalif siyasətçi Boris Nemtsovun “sağ əli” hesab olunurdu və onunla birlikdə “PARNAS” partiyasının həmsədri idi.  

Vüqar İsmayılov


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal