Modern.az

Jurnalist və operator canlı yayımda öldürüldü

Jurnalist və operator canlı yayımda öldürüldü

26 Avqust 2015, 18:19


ABŞ-ın Virciniya ştatında silahlı insident baş verib. Modern.az ABŞ mətbuatına istinadən xəbər verir ki, ştatın Franklin dairəsindən canlı reportaj aparan jurnalist Elison Parker və operator Adam Uord naməlum şəxsin hücumuna məruz qalıblar. Silahlı şəxs hər iki nəfəri qətlə yetirərək gözdən itib.

Hazırda Virciniya polisi cinayətkarın axtarışı üçün genişmiqyaslı əməliyyata başalyıb.

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal