ABŞ-ın tibbi araşdırmalarla məşğul olan “NPR” təşkilatı 4 yaşına qədər uşaqların oğlanların qızlardan çoxluq təşkil etdiyi ölkələrin siyahısını hazırlayıb.
Modern.az təşkilatın saytına istinadən xəbər verrir ki, bu yaş qrupunda oğlanların qızlardan çoxluq təşkil etdiyi ölkələrin başında Azərbaycan gəlir. Belə ki, Azərbaycanda 0-4 yaş qrupunda hər 100 qıza 118,9 oğlanın düşdüyünü göstərir. Azərbaycandan sonrakı pillədə isə Çin Xalq Respublikası yerləşib (115,9).“NPR” təşkilatı dünyada 0-4 yaş qrupunda qızlarla oğlanların nisbətinin 100- 107-yə bərabər olduğunu açıqlayıb. Bu balansın bəzi ölkələrdə pozulmasını isə ilk növbədə selektiv abortla əlaqələndirirlər.
Azərbaycan – 108,9
Çin – 115,9
Martinika – 111,5
Vyetnam – 111,4
Hindistan - 111,1
Maldiv adaları – 110,2
Papua Yeni Qvineya – 107,9
Pakistan – 107,8
Samoa – 107,8
Albaniya – 107,7
Surinam – 107,2
Vanuatu – 107,1
Mikroneziya – 107,1
ABŞ – 104,6
Dünya üzrə orta göstərici – 107
Vüqar İsmayılov