Modern.az

Kommunist Partiyası hələ də müəyyənləşdirə bilməyib

Kommunist Partiyası hələ də  müəyyənləşdirə bilməyib

28 Avqust 2015, 11:02


Azərbaycan Kommunist Partiyasının (AKP)  sədri  Rauf Qurbanov  qarşıdan gələn parlament seçkilərində iştirak edəcək namizədlərlə bağlı açıqlama verib.

Rauf Qurbanov  Modern.az-a açıqlamasında bildirib ki, partiyanın avqust ayının 30-da keçiriləcək iclasında namizədlərin siyahısı tam təsdiq olunacaq. 

 “Azərbaycan Kommunist Partiyası sentyabr ayında özünün növbəti  38-ci qurultayına hazırlaşır. Bununla əlaqədar olaraq  avqust ayının 30-da  Mərkəzi  Komitənin büro iclası keçiriləcək. Büro iclasında bütün  rayon və şəhər komitəsinin birinci katibləri iştirak edəcəklər.

İclasda  yerlərdə keçirilmiş konfranslardan qurultaya seçiləcək nümayəndlərin siyahısı təqdim olunmaqla siyahı tam təsdiq olunacaq.  Biz bu seçkilərə  çox ciddi hazırlaşırıq.

Hesab edirəm ki,  seçkilərdə Azərbaycan Kommunist Partiyası  əvvəlki illərdə ictimai-siyasi həyatda fəal iştirak etdiyi  kimi, bu seçkilərdə də fəal  iştirak edəcək.

Biz artıq  tapşırıq vermişik ki, yerlərdə, dairələrdə namizədliyi irəli sürüləcək nüfuzlu üzvlərimizin vəkilləri, məntəqəqlərə göndriləcək müşahidəçilərin say tərkibi müəyyənləşdirilsin. Bu barədə çox geniş səpkidə işlər aparılır”. 

Leyla Əfqan

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu