Modern.az

Türkeşin oğlundan Baxçalıya SƏRT sözlər: “İstefa verməyəcəyəm...”

Türkeşin oğlundan Baxçalıya SƏRT sözlər: “İstefa verməyəcəyəm...”

28 Avqust 2015, 11:20


Milliyyətçi Hərəkat Partiyasının (MHP) Ankaradan millət vəkili Tuğrul Türkeş avqustun 23-də bazar günü günortadan sonra telefon danışığımızda keçici seçki hökumətində nazirlik təklifi ediləcək millət vəkillərinin partiyasında xain elan ediləcəyini söyləmişdi.

Modern.az bildirir ki, Türkiyənin “Vatan” qəzetinin əməkdaşı Murat Çelikin yazdığına görə, buna baxmayaraq, Türkeş həmin söhbətdə çox əhəmiyyətli bir işarə vermişdi: “Seçilənə xain deyəcəklər, amma bir də bu var ki, dövlət də iki ay yarımdır sahibsizdir”. Tuğrul Türkeşin nazirlik təklifini qəbul etməsinin səbəbinin məhz bu dünyagörüşün olduğu artıq bilinir.

İndi isə Tuğrul Türkeş keçici seçki hökuməti qurulana, özü də bu kabinetdə - ehtimalla da baş nazir köməkçisi olaraq - vəzifəyə başlayana qədər danışmağı düşünmür.

Qayıdaq yenə bazar günündəki o telefon danışığına...

Türkeş o söhbətdə partiyasının, xüsusən də MHP-nin lideri Dövlət Bağçalının dərhal bütün variantlara qapını bağlama rəftarını da tənqid etmişdi: “Biz nazir vermirik deyir Dövlət bəy... Onu etməyək, bunu etməyək; tamam da, ondan sonra da bu anda, iki ay yarımdır Türkiyədə bir siyasi iqtidar yoxdur”.

 Tuğrul Türkeşin rəftarının və dəyərləndirməsinin bu istiqamətdə olduğunu yazdıqdan sonra, dünənki yazını bu ifadələrlə bitirmişdim:

“Keçici seçki hökumətində nazirlik vəzifəsini qəbul etməsi ilə birlikdə partiyasının intizam komissiyasına sövq edilən Tuğrul Türkeş aydındır ki, qısa müddətdə MHP-dən çıxarılacaq. Bu vəziyyətdə Türkeşin  noyabrın 1-də keçiriləcək təkrar seçkilərdə Ədalət və İnkişaf  Partiyasında (AKP) namizəd olmasına da çaşmamaq lazımdır”.

Dünən Türkeşdən “Beləmi olacaq”, - deyə soruşdum. Verdiyi cavab yenə diqqət çəkici və mübahisə yaradacaq formada oldu. Tuğrul Türkeş partiyasından gələn istefa çağırışları, istefa verməzsə xaric ediləcəyi istiqamətindəki şərhlər və MHP-dən ayrılması halında siyasi fəaliyyətinə AKP-də davam etmə ehtimalına belə deyib:

“Xeyr. Mən MHP-dəyəm. İstefa vermədim, verməyəcəyəm. Konstitusiya uyğun olaraq bir vəzifə boynuna götürəcəyəm. Onlar da məni çıxara bilməzlər”.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu