Modern.az

Sterliqov Qarabağda gənc erməni qadınları axtarır

Sterliqov Qarabağda gənc erməni qadınları axtarır

28 Avqust 2015, 11:23

 

Azərbaycanın “qara siyahı”ya saldığı və barəsində axtarış elan etdiyi rusiyalı milyonçu German Sterliqov Qarabağdakı fəaliyyətini genişləndirir.  

Modern.az milyonçunun sosial şəbəkələrdəki şəxsi səhifəsinə istinadən xəbər verir ki, o Şuşada yaşı 500 il olan təndirxanada çörək və qutab bişirmək niyyətindədir.

“2 qarabağlı qız yaxud gənc qadın axtarıram. 500 yaşı olan təndirxanada mayasız çörək və qutab bişirmək qabiliyyətləri olmalıdır. Onların bişirmə texnikasını öyrəndikdən sonra şərikim Mxitarın Şuşadakı evində çalışmağa başlayacaqlar”.

Bundan başqa, Sterliqov Qarabağda yerli orqanlardan “sürücülük vəsiqəsi” aldığını da elan edib. “Qarabağın sürücülük vəsiqəsini aldım. 2 saat ərzində pul vermədim.  

Gemran Sterliqov Dağlıq Qarabağda biznes işlərinin yaxşı gedəcəyi halda daim yaşamağa hazır olduğunu deyib.  

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu