Modern.az

Aldadılan qadının inanılmaz intiqamı

Aldadılan qadının inanılmaz intiqamı

28 Avqust 2015, 12:24


ABŞ-da əri tərəfindən aldadıldığını öyrənən qadın elə bir intiqam aldı ki, bununla həyat yoldaşını da, onun sevgilisini də bütün ölkədə biabır edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, aldadılan qadın qəzetdə bir təbrik elanı verib.

ABŞ-ın Texas ştatında aldadıldığını öyrənən gənc qadın vəziyyətə olduqca fərqli bir reaksiya verib. Timeshia Brovn adlı 2 uşaq anası qadının təkcə pis xəbər aldadılması deyil, bir də ərinin sevgilisinin hamilə olduğunu öyrənməsi olub.

2 uşağı olan Patrik Brovn Shara Cormierdən də uşaq sahibi olmaq üzrə idi.

Ərinin gizli eşqindən xəbər tutan Timeshia qəzetə elan verərək həyat yoldaşını təbrik edib: “Shara Cormier və Patrick Brovna təbriklərimi çatdıraram. Bir körpələri olacaq. Ümid edirəm, həqiqətən aşiqsiniz və əlaqənizə davam edərsiniz”. Qadın bu təbrikin altında isə “Daima Patrikin həyat yoldaşı Timeshia Brovn” imzası olub.

Rast gəlinən intiqam üsullarından olduqca fərqli və nəzakətli bir yol seçən Timesha həyat yoldaşından boşanıb. Ancaq Patrik Shara ilə əsla xoşbəxt ola bilməyib. Subay bir kişi olaraq qalıb. Shara isə körpəsi ilə olduqca xoşbəxtdir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu