Modern.az

Avtobus dayanacağı adamlarla birgə çökdü - VİDEO

Avtobus dayanacağı adamlarla birgə çökdü - VİDEO

28 Avqust 2015, 13:17

Çində müşahidə kamerası avtobus dayanacağının insanlarla birgə yerin altına getməsini qeydə alıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ərazidə demək olar bir saniyə ərzində 10 metrlik çuxur əmələ gəlib.

Hadisə zamanı dayanacaqda 5 nəfər olub. Qadınlardan biri dəmir borudan yapışmağa imkan tapdığından canını qurtara bilib. Dörd nəfər isə iki metrlik çuxura düşüblər.

Xilasedicilər gələnə qədər təsadüfən oradan keçənlər onları yuxarı çıxarıblar. Xəsarət alanların köməyinə təcili yardım gəlib. Dayanacağın hansı səbəbdən çökdüyü məlum deyil.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu