Modern.az

Bakıda keçmiş polisi güllələyən könüllü təslim olub

Bakıda keçmiş polisi güllələyən könüllü təslim olub

28 Avqust 2015, 13:22


Avqustun 28-də saat 01 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Nadir İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, hadisəni münaqişə zəminində törədən həmyerlisi Rövşən Həsənov könüllü olaraq Nizami rayon Polis İdarəsi 25-ci polis bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.

  Faktla bağlı araşdırma aparılır.    

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu