Məşhur italyan dirijoru, “Əl Bustan” beynəlxalq musiqi festivalının bədii rəhbəri və Tbilis Opera və Balet Teatrının sabiq baş dirijoru Canluka Marçiano Dağlıq Qarabağa səfər edəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, dirijor sentyabrın 1-də Xankəndinin “Dirçəliş” meydanında səhnələşdiriləcək Cüzeppe Verdinin “Rekviem”inə tamaş edəcək. Calnluka Marçiano Ermənistanın 1-ci ledisi Rita Sərkisyanın dəvəti ilə Xankəndinə gedəcək.İtaliyalı dirijor atacağı addıma görə Azərbaycan XİN-in “qara siyahı”sına düşəcəyindən də narahat deyil.
“Bu mədəni tədbir sülh haqdadır. Və mən bu tədbirdə iştirak etməkdən çox qürurluyam. Siyasi məsələlərdən qorxaraq mədəni tədbirdə iştirak etməmək mümkün deyil. Tədbirin əsas mesajı sərhədləri açın və sülh içində yaşayındır. Heç bir artist belə tədbirdə iştirak etmək imkanını əldən verməz”.
Xatırladaq ki, 2011-ci il mayın 25-də Azərbaycanın Akademik Opera və Balet teatrında səhnələşdirilən Cüzeppe Verdinin “Aida” operasının dirijoru xüsusi dəvətlə Bakıya gələn Canluka Marçiano olub.
Bundan başqa, Canlukas Marçiano beynəlxalq “Mstislav Rostropoviç” festivalı çərçivəsində bir neçə dəfə Bakıda olub.
Vüqar İsmayılov