Bakıda qadını şantaj etməklə hədələyən şəxs yaxalanıb.
Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Səbayel rayon Polis İdarəsi 8-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elvin Nəbiyev internet vasitəsi ilə tanış olduğu qadın barəsində rüsvayedici videogörüntülər yayacağı ilə hədələyib, ondan 10.000 manat tələb edərkən tutulub.
Modern.az