Modern.az

“Azad Demokratlar Partiyası “Azadlıq 2015” bloku ilə seçkiyə gedə bilməz”

“Azad Demokratlar Partiyası “Azadlıq 2015” bloku ilə seçkiyə gedə bilməz”

28 Avqust 2015, 13:49


“Azadlıq 2015” bloku parlament seçkiləri ilə bağlı dairələr üzrə razılaşdırılmış namizədlərinin ilkin siyahısını açıqlayıb. Siyahıda Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbərin adı yoxdur. Sülhəddin Əkbər Modern.az-a bildirib ki, partiyanın seçkidə iştirakı üçün rəsmi dövlət qeydiyyatı lazımdır.    

“Azadlıq 2015” adından bilindiyi kimi, seçki blokudur. Seçkidə iştirak etməyəcəyiksə, seçki blokunda da iştirak edə bilmərik. Digər tərəfdən, bizim yeni yaratdığımız Azad Demokratlar Partiyası 2-ci ildir dövlət qeydiyyatına alınmır və çox maraqlıdır ki, Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qərarını ləğv edib işi təzədən Apelyasiya Məhkəməsinə göndərib.

Apelyasiya Məhkəməsindəki proses isə sentyabrın 23-nə təyin edilib”.  

Sülhəddin Əkbər deyib ki, AzDP seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı qərarı uzun müddətdir müzakirə edir:   “Məsələ ilə bağlı qərar Ali Məclisdə qəbul olunacaq. Əgər seçkidə iştirak etməməklə bağlı qərar qəbul olunarsa, o zaman təbii ki, “Azadlıq 2015” seçki blokunda da iştirak edə bilmərik.  

Hətta, partiyamız seçkidə iştirakla bağlı qərar versə belə, biz nə ayrılıqda, nə də blokun tərkibində hüquqi baxımdan iştirak edə bilməyəcəyik”.  

Vüsalə Qəzənfərqızı    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu