Modern.az

İranda Məhəmməd peyğəmbər haqda çəkilən filmə sünnilər etiraz etdi

İranda Məhəmməd peyğəmbər haqda çəkilən filmə sünnilər etiraz etdi

28 Avqust 2015, 13:54


İran kinomatoqrafiyasının ən bahalı filmi olan “Məhəmməd” filminin təqdimatı olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xranometrajı 171 dəqiqə olan film 40 milyon dollara başa gəlib. Film Məhəmməd peyğəmbərin həyatından bəhs edəcək trilogiyanın birinci hissəsidir.  

Lakin İran sünniləri peyğəmbərin təsvirini qadağan olduğunu əsas gətirərək filmin premyerasına mane olmaq istəyiblər. Bundan öncə, İran kinofestivalı da filmin təqdimatından imtina etmişdi.  

“Məhəmməd” filminin prodüseri Mark Cozef isə yeni yaradıcılıq məhsulıunun İslam dünyası üçün sınaq olacağını düşünür.  

“İslam dünyasının filmə necə yanaşacağını görəcəyik. Sünni və şiələrin buna necə yanaşacağı maraqlıdır”.

Bundan əvvəl, Məhəmməd peyğəmbərin təsvirini verən film 1976-cı ildə Suriya əsilli ABŞ rejissoru Mustafa Akkadın şəkdiyi “Məhəmməd, Allahın elçisi” filmi olub.    

Vüqar İsmayılov    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu