Modern.az

Şəhər merinin partiyası prezident bloku ilə birləşdi

Şəhər merinin partiyası prezident bloku ilə birləşdi

28 Avqust 2015, 15:11


Super ağır çəkidə keçmiş dünya çempionu, hazırda Kiyevin meri səlahiyyətlərini icra edən Vladimir Kliçko prezident Pyotr Poroşenkonun yaratdığı “Həmrəylik” partiyasının sədri seçilib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Kliçkonun rəhbərlik etdiyi “UDAR” partiyası “Pyotr Poroşenkonun bloku “Həmrəylik” partiyası ilə birgə qurultay keçirərək birləşiblər.

Bununla yanaşı, “Pyotr Poroşenko bloku”nun “Həmrəylik” partiyasına daha 18 yeni üzv qəbul olunub.   İclasda Ukrayna prezidenti Pyotr Poroşenko da iştirak edir.    

Vüqar İsmayılov    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu