Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqanın qrup mərhələsinin püşkü atılıb. “Qarabağ” və “Qəbələ” klublarının da iştirak edəcəyi qrup mərhələsində püşkatmanın nəticələri müəyyən edilib. Modern.az xəbər verir ki, təmsilçilərimizdən “Qarabağ” “Tottenhem” “Anderlext”, “Monako”,
“Qəbələ” isə “Borussiya” Dortmund, PAOK və “Krasnodar” komandaları ilə görüşəcək.
Qrupların tam siyahısı:A qrupu: “Ayaks” (Hollandiya), “Seltik” (Şotlandiya), “Fənərbaxça” (Türkiyə), “Molde” (Norveç)
B qrupu: “Rubin” (Rusiya), “Liverpul” (İngiltərə), “Bordo” (Fransa), “Syon” (İsveçrə)
C qrupu: “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan), “Krasnodar” (Rusiya), “QƏBƏLƏ” (AZƏRBAYCAN)
D qrupu: “Napoli” (İtaliya), “Brügge” (Belçika), “Legiya” (Polşa), “Midtyulland” (Danimarka)
E qrupu: “Vilyareal” (İspaniya), “Viktoriya” (Çexiya), “Rapid” (Avstriya), “Dinamo” (Belarus)
F qrupu: “Marsel” (Fransa), “Braqa” (Portuqaliya), “Slovan” (Çexiya), “Qroninhen” (Hollandiya)
G qrupu: “Dnepr” (Ukrayna), “Latsio” (İtaliya), “Sent-Etyenn” (Fransa), “Rusenborq” (Norveç)
H qrupu: “Sportinq” (Portuqaliya), “Beşiktaş” (Türkiyə), “Lokomotiv” (Rusiya), “Skenderbeu” (Albaniya)
İ qrupu: “Bazel” (İsveçrə), “Fiorentina” (İtaliya), “Lex” (Polşa), “Belenenseş” (Portuqaliya)
J qrupu: “Tottenhem” (İngiltərə), “Anderlext” (Belçika), “Monako” (Fransa), “QARABAĞ” (AZƏRBAYCAN)
K qrupu: “Şalke” (Almaniya), APOEL (Kipr), “Sparta” (Çexiya), “Asteras” (Yunanıstan)
L qrupu: “Atletik” (İspaniya), “Alkmaar” (Hollandiya), “Auqsburq” (Almaniya), “Partizan” (Serbiya)
Elmin NURİ