Modern.az

Türkiyə ilə İsrailin üst-üstə düşən maraqları var

 Türkiyə ilə İsrailin üst-üstə düşən maraqları var

28 Avqust 2015, 20:33

 

Modern.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi Dore Qold Türkiyədə baş verən hadisələrə münasibət bildirib.

İsrail rəsmisi regional hadisələr səbəbindən çətin vəziyyətdə qalan Ankaranın qısa müddətdə Tel-Əviv ilə əlaqələri bərpa edəcəyini bildirib:

“Regional hadisələr və təhdidlər Ankaranı bəzi dəyişikliklər etməyə məcbur etdi. Ən böyük problemlərdən biri də türkiyə sərhədinə yaxınlaşan İŞİD terrorçularıdır. Bundan başqa İranın bölgədə güclənməsi həm İsrail üçün, həm də Türkiyə üçün böyük təhlükədir. Ölkələrin maraqlarına görə hərəkət edəcəyini düşünürəm. Məncə Türkiyə ilə İsrailin üst-üstə düşən maraqları var”.

Xatırladaq ki, Dore Qoldun iyun ayında Romada Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sinirlioğlu ilə gizli danışıqlar apardığı ortaya çıxmışdı. (Axar.az)

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu